İyunun 15-də Xətai rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması  barədə polisə məlumat daxil olub.
                                                             
Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kamran Nəzərov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.