Bu ölkədə sel və torpaq sürüşmələri baş verdi: 11 nəfər öldü

15:30 - 18 İyun 2024

Bu ölkədə sel və torpaq sürüşmələri baş verdi: 11 nəfər öldü

Mərkəzi Amerika ölkəsi El Salvadorda həftəsonundan bəri yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yerli hakimiyyət orqanlarından verilən açıqlamada sel nəticəsində 11 nəfərin öldüyü, 900 nəfərin təxliyyə mərkəzlərinə yerləşdirildiyi bildirilib.

Mülki Müdafiə İdarəsinin rəhbəri Luis Amaya açıqlamasında həyatını itirənlər arasında uşaqların olduğunu, ölümlərin isə ağacların aşması, torpaq sürüşməsi və müxtəlif qəzalar nəticəsində baş verdiyini vurğulayıb.

Əhalini evakuasiya əmrlərinə əməl etməyə çağıran Amaya, maili ərazilərdə yaşayanların təhlükəsiz bölgələrə getməsi lazım olduğunu qeyd edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin