Bu ölkədə meşə yanğını təhlükəsi ilə bağlı xəbərdarlıq

15:58 - 18 İyun 2024

Bu ölkədə meşə yanğını təhlükəsi ilə bağlı xəbərdarlıq

Yunanıstanda iyunun 21-dək meşə yanğını riskinin yüksək olması səbəbindən əhaliyə diqqətli olmaq barədə xəbərdarlıq edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Afina Milli Rəsədxanasından açıqlama verilib.

Açıqlamada, şimal küləyinin təsirli olacağı Euboea, Midilli adaları, Sakız adaları, Samos və Krit bölgələrində 21 iyuna qədər meşə yanğını riskinin yüksək olduğu bildirilib.

Meşəlik ərazilərə yaxın olan vətəndaşlar yanğın riskini artıracaq davranışlardan çəkinməyə və diqqətli olmağa çağırılıb.

Digər tərəfdən, son 24 saatda 35 meşə yanğınının baş verdiyi Yunanıstanda dünən Dramada baş verən meşə yanğınında 1 yanğınsöndürənin yaralandığı qeyd olunub.

Bildirilib ki, üz və əlindən yanıq xəsarətləri alan yanğınsöndürənin müalicəsi davam etdirilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin