Mərkəzi Bankdan faiz dərəcəsi ilə bağlı QƏRAR

00:03 - 22 İyun 2024

Mərkəzi Bankdan faiz dərəcəsi ilə bağlı QƏRAR

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25% səviyyəsində dəyişməz saxlanılıb.

 

Manset.az xəbər verir ki, qərar 24 iyun 2024-cü ildən qüvvəyə minir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, uçot faiz dərəcəsi sonuncu dəfə bu səviyyəyə 2021-ci ilin dekabr ayında endirilib. Sonrakı tarixlərdə uçot faiz dərəcəsi davamlı olaraq artıb. 2023-cü ilin may ayında 9% səviyyəsinə kimi yüksəlib.

Mərkəzi Bankdan bidirilib ki, 12 aylıq inflyasiya 1% təşkil edib və bu da nəzərdə tutulan hədəfdən aşağı olub.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin