Dənizdə batma təhlükəsində olan 3 nəfər xilas edildi - VİDEO

15:38 - 22 İyun 2024

Dənizdə batma təhlükəsində olan 3 nəfər xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi sakinləri 1988-ci il təvəllüdlü B.Hüseynov, 1997-ci il təvəllüdlü B.Axundov və 2005-ci il təvəllüdlü N.Cəfərzadə dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin