Astanada 26 mərtəbəli yaşayış kompleksi yanır - VİDEO

16:34 - 22 İyun 2024

Astanada 26 mərtəbəli yaşayış kompleksi yanır - VİDEO

Qazaxıstanın paytaxtı Astanada 26 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Astana yanğınsöndürmə bölmələri çağırışla Turan 37/9 ünvanına gəliblər. Hadisə yerinə gələn yanğınsöndürənlər yaşayış kompleksinin 26-cı mərtəbəsində çöl üzlüyünün yandığını müəyyən ediblər. 16 texnika və 72 nəfər cəlb olunub”, - deyə məlumatda qeyd olunub.

Qazaxıstan FHN hadisə yerində qərargah yaradıldığını bildirib. Qeyd olunub ki, xilasedicilər artıq biri uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin