Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edildi

18:23 - 22 İyun 2024

Naxçıvanda 74 tona yaxın yabanı çətənə məhv edildi

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

 

Manset.az Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755 620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18 500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5 852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9 912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin