Təhsil ala bilməyən 160 uşaq icmaəsaslı qruplara cəlb edildi

19:15 - 22 İyun 2024

Təhsil ala bilməyən 160 uşaq icmaəsaslı qruplara cəlb edildi

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində 10 nömrəli tam orta məktəbdə yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunun fəaliyyəti ilə tanış olub.

 

Manset.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən ölkədə ilk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 qalib layihədən 4-ü Naxçıvan məktəblərinə məxsusdur.

Qalib layihələr çərçivəsində Naxçıvan şəhəri 10 nömrəli, Şərur şəhəri 2 nömrəli, Ordubad rayonu Dəstə kənd və Culfa rayonu Saltaq kənd tam orta məktəblərində icmaəsaslı qruplar yaradılıb və məktəbəqədər təhsillə əhatə oluna bilməyən 160 uşaq bu qruplara cəlb edilib.

Qeyd olunub ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, daha 7 məktəbdə icmaəsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulub.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin