Rusiya ölümcül raket hücumunda ABŞ-ni günahlandırır

12:04 - 24 İyun 2024

Rusiya ölümcül raket hücumunda ABŞ-ni günahlandırır

Rusiya, Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş Krıma raket hücumuna görə ABŞ-ın məsuliyyət daşıdığını, üçü uşaq olmaqla beş nəfərin ölümü və 100-dən çox insanın yaralandığını bildirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərəfindən təyin olunmuş rəsmilər bildiriblər ki, raket Sevastopol şəhərinin çimərlik ərazisi üzərində partlayıb və orada dincələn insanlara qəlpələrlə atəş açıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Vaşinqton və Kiyev “dinc sakinlərə qəsdən raket zərbəsi endirmək üçün məsuliyyət daşıyır” və ABŞ-ın təchiz etdiyi  raketlərdən istifadə etdiklərini bildirib.

Sevastopol qubernatoru Mixail Razvojayev Telegram-da yerləşdirdiyi videoda üç uşaq və iki böyük şəxsin öldüyünü, 120-yə yaxın insanın yaralandığını bildirib.

Qara dəniz liman şəhəri və Krım yarımadasındakı dəniz bazası 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib, lakin beynəlxalq səviyyədə hələ də Ukraynanın bir hissəsi kimi tanınır.

 

Fidan Əliyeva

 

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin