“Qalib xalqın Qalib ordusu” adlı tədbir keçirildi - FOTO

15:18 - 24 İyun 2024

“Qalib xalqın Qalib ordusu” adlı  tədbir keçirildi - FOTO

Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş “Qalib xalqın Qalib ordusu” adlı  tədbir keçirilib.
 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının birinici müavini Hüseyn Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnur Allahverdiyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin rəisi, polkovnik-leytenant Əfran Nəbiyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, AMEA Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Sənan Həsənov, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, şəhid ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayonun fəal gəncləri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünün önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, artıq 26 ildir ki, hər il iyun ayının 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış anarxiyanı ləğv etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ordu quruculuğunda görülən mühüm işlər Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Orudusunun öz tarixi missiyasını yerinə yetirib. Əldə olunan şanlı Zəfərlərlə torpaqlarımızı düşmən tapdağından xilas edərək tarixi ədaləti bərpa etməsi ilə nəticələndi. Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. Əldə olunan tarixi Zəfərlər zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Qeyd olunub ki, şəhid ailələri və qazilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırılması daim Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqətindədir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə hər bir kəsi təbrik edib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnur Allahverdiyev, YAP Yasamal rayonu “Kazım Kazımzadə küç.100A” (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkitatının sədri, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Amil Sefiyev, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Məhərrəm Həsənov və 44 günlük Vətən müharibəsi qazisi, Fövqəladə Hallar Nazirliyinin ehtiyatda olan mayoru Süyman Heydərov çıxış edərək qeyd ediblər ki, ölkəmizdə ordu quruculuğu siyasətindən bəhs edərək bu istiqamətdə Ulu öndər Heydər Əliyevin rolundan bəhs ediblər. Qeyd olunub ki, bu ordu quruculuğu siyasəti Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək tarixi Qələbələrlə Rəşadətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad edilməsi ilə nəticələndi. Əldə olunan Zəfərlərdə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin, xalqımızın, dövlətimizin, şanlı ordumuzun şücaəti gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi kimi tarixə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər an müntəzir dayanan hərbçilərimiz düşməni doğma torpaqlarımızdan qovdu. Qeyd olunub ki,  bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısı təşkil edir. Çıxışların sonunda göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz dərin minnətdarlığını ifadə ediblər.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edən bir sıra şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

 



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin