“Məlum olduğu kimi, Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sektorunda ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 21 iyun tarixində “Euronews”un efirində yayımlanmış müsahibəsində qeyd olunduğu kimi, bu tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını almışdı. “Sonradan Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Bu gün Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsini təmsil edən iştirakçılar qısa müddət ərzində Azərbaycanda hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunmuş uğurları görə bilirlər. Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyi davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar.”
K.Qafarov Prezident İlham Əliyevin müsahibəsində bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib: “İlk növbədə, cənab Prezident öz müsahibəsində bir daha xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Bu gün Azərbaycanda çox yaxşı sərmayə mühiti mövcuddur. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Təbii ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti bu sektorda dünya liderləri olan böyük şirkətləri Azərbaycana cəlb edir. Hazırda ölkəmizin “Masdar”, ACWA Power” və BP kimi böyük tərəfdaşları var. İşlərin həcmi getdikcə artıq və Azərbaycan milli enerji şəbəkəsini gücləndirir. Çünki ölkə mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Bunun üçün ötürülmə xətləri ilə bağlı qonşu ölkələrlə fəal çalışmalar aparılır. Azərbaycanın özünə planlaşdırılan qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən də əsas hədəf məhz ixracdır. Dövlət başçımızın dediyi kimi, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və nəticədə qənaət edilmiş təbii qaz əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun” .
“Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir” - Kamaləddin Qafarov
09:52 - 25 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
27 Dekabr 2025 - 19:00
Azərbaycanda toy yasa döndü - Ölənlər və yaralılar var
28 Dekabr 2025 - 11:43
Sahibə Qafarovanın köməkçisi yeni vəzifəyə getdi
28 Dekabr 2025 - 08:56
Nazirlikdən kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ
28 Dekabr 2025 - 09:00
Bakıdan uçan təyyarə Moskvaya enə bilmədi
28 Dekabr 2025 - 13:00
Sabah bu ərazilərə qar yağacaq - Şaxta olacaq
28 Dekabr 2025 - 12:21
Toya gedərkən faciəvi şəkildə ölən bacıların FOTOLARI
28 Dekabr 2025 - 12:12
Misir Mərdanov vəzifəsini itirdi - Baş nazirdən əmr
28 Dekabr 2025 - 08:00
Bal arıqlamağa kömək edir
27 Dekabr 2025 - 21:11
Səməd Seyidovun adından paylaşılan "deep fake"lə bağlı AÇIQLAMA
28 Dekabr 2025 - 15:30
Milli qəhrəmanımızın anası vəfat etdi – FOTO
27 Dekabr 2025 - 23:11
Sabirabadda maşın kanala aşdı - Sürücü öldü
27 Dekabr 2025 - 21:31
Paytaxt sakini maşında ürək çatışmazlığından öldü
Xəbər xətti
- 28 Dekabr 2025
- 17:55 Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO
- 17:32 İranda dolların məzənnəsi rekord həddə çatdı
- 17:14 Bricit Bordo vəfat etdi
- 16:50 "Qarabağ"ın futbolçusu İspaniya klubuna keçdi
- 16:30 Sabahın havası meteohəssas insanlar üçün NECƏ OLACAQ?
- 16:09 Naxçıvanda avtomobil qaz xəttinə çırpıldı
- 15:48 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu
- 15:30 Milli qəhrəmanımızın anası vəfat etdi – FOTO
- 15:13 Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- 15:00 O, 89-cu doğum gününü qeyd edir - FOTO
- 14:50 Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı
- 14:15 5 ukraynalı yanaraq öldü - Polşada dəhşət
- 13:55 DYP-dən sürücülərə XƏBƏRDARLIQ
- 13:35 2025-in sensasiyası bu seçildi
- 13:15 Bu ölkənin vətəndaşları üçün viza tələbləri sərtləşdirildi
- 13:00 Sabah bu ərazilərə qar yağacaq - Şaxta olacaq
- 12:55 Bu yolda sürət həddi endirildi
- 12:40 Ronaldoya qırmızı vərəqə göstərən hakim belə cəzalandırılıb
- 12:21 Toya gedərkən faciəvi şəkildə ölən bacıların FOTOLARI
- 12:12 Misir Mərdanov vəzifəsini itirdi - Baş nazirdən əmr
- 12:00 Tərtərda qəza - 3 nəfər xəstəxanalıq oldu
- 11:43 Sahibə Qafarovanın köməkçisi yeni vəzifəyə getdi
- 11:25 15 yaşlı qız avtobusda uşaq dünyaya gətirdi
- 11:10 Milyonlarla rusiyalının ölkədən çıxışına niyə qadağa qoyulur?- İlginc səbəb açıqlandı
- 10:50 Goranboyda 2 nəfər hamamda zəhərləndi
- 10:26 Bu ərazidə qarın hündürlüyü 29 sm-ə ÇATDI
- 10:06 Rusiyanın bu hava limanları bağlandı
- 09:50 AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib - FOTOLAR
- 09:40 Yeni ildə süfrəyə hansı əşyaları qoymaq yoxsulluq və bədbəxtlik gətirir?
- 09:25 Bakıda qəzalı binaların sökülməsi BU TARİXDƏ yekunlaşacaq - VİDEO
- 09:13 Prezidentin qızı ilə gəlini “Romeo və Cülyetta”nı izlədi - Fotolar
- 09:00 Bakıdan uçan təyyarə Moskvaya enə bilmədi
- 08:56 Nazirlikdən kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ
- 08:30 Süni yolkaların zərərləri nələrdir?
- 08:00 Bal arıqlamağa kömək edir
- 07:30 “WhatsApp” bu telefonlarda işləməyəcək
- 01:30 Hər gün limon yeməyin orqanizmə faydaları
- 00:30 "Neftçi" bu futbolçusu ilə maraqlanır
- 27 Dekabr 2025
- 23:56 “Çelsi” məğlub oldu
- 23:45 “Windows 11”də yenilik
- 23:30 Putin Nazarbayevlə görüşdü
- 23:11 Sabirabadda maşın kanala aşdı - Sürücü öldü
- 22:47 "İranın problemlərini təkbaşına həll edə bilmərəm"
- 22:33 “Arsenal” və ”Liverpul” qələbə qazandı
- 22:12 Göygölə güclü qar yağdı - FOTO
- 21:50 Bakıda yanıq xəsarətləri alan kişi öldü
- 21:31 Paytaxt sakini maşında ürək çatışmazlığından öldü
- 21:11 Səməd Seyidovun adından paylaşılan "deep fake"lə bağlı AÇIQLAMA
- 20:53 Tayvanda güclü zəlzələ oldu
- 20:32 Gürcüstan vətəndaşı Bakıda öldü
- 20:16 Vəkillər Kollegiyasının təntənəli mərasimi keçirildi - FOTOLAR