Toni Kroos sosial şəbəkədə vidalaşdı

15:02 - 1 İyul 2024

Toni Kroos sosial şəbəkədə vidalaşdı

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos "Real Madrid"də son gününün şərəfinə paylaşım edib.

 

Mansert.az xarici mediaya istinadən xəbər verir ki, bu gün, iyulun 1-də onun "Kral klubu" ilə müqaviləsi rəsmən başa çatıb.

Toni Kroos rəsmi "Instagram" profilindən etdiyi paylaşımda: "Real Madrid" oyunçusu kimi son günüm. Özümü qəribə hiss edirəm, amma mən həmişə sizdən biri olacağam. Əbədi minnətdaram", - deyib.

Qeyd edək ki, Kroos 2014-cü ildə "Bavariya"dan "Real Madrid"ə transfer olunub. Bu müddət ərzində Kroos bütün turnirlərdə 464 matçda iştirak edib, 28 qol vurub və 98 məhsuldar ötürmə edib. "Real Madrid"in tərkibində dörd dəfə Çempionlar Liqasının qalibi olub, dörd dəfə İspaniya çempionu titulunu qazanıb və dörd dəfə Avropa Superkubokunu qazanıb.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin