Güllələnən baş nazir 2 ay sonra ictimaiyyət qarşısına çıxdı - FOTO

15:45 - 09 İyul 2024

Güllələnən baş nazir 2 ay sonra ictimaiyyət qarşısına çıxdı - FOTO

Mayın 15-də silahlı hücum nəticəsində yaralanan Slovakiyanın baş naziri Robert Fiko uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

 

Manset.az xarici mediaya istinadla xəbər verir ki, sağalma prosesində olan baş nazirin qoltuq dəyənəyi ilə gəzdiyi görülüb.

Tədbirdə Fikonu Slovakiyanın kənd təsərrüfatı naziri Riçard Takak müşayiət edib.

Qeyd edək ki, R.Fiko 15 mayda paytaxt Bratislavadan təxminən 200 kilometr aralıda yerləşən Handlova qəsəbəsində Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyənləri salamlayarkən hücuma məruz qalıb. Sui-qəsdi hökumətin siyasətini bəyənmədiyi üçün 71 yaşlı Yuray Tsintulanın təşkil etdiyi bildirilir.

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv