logo
logo logo
logo

"Sabah" Avstriyada Ukrayna klubuna uduzdu

23:12 - 02 İyul 2026

\"Sabah\" Avstriyada Ukrayna klubuna uduzdu

Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama matçını keçirib.


Manset.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi "Polissya" ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan çempionunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, "Sabah" toplanış çərçivəsində daha əvvəl "Universitatya" (Rumıniya) və "Ferentsvaroş"la (Macarıstan) qüvvəsini sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az