BRICS sammitinin geniştərkibli iclası başladı - CANLI
23 Oktyabr 2024
11:38 - 10 İyul 2024
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.
Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Toplanmış material qərar verilməsi üçün məhkəməyə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin