Amerika Kubokunun yarımfinal matçından sonra dava - VİDEO

10:41 - 11 İyul 2024

Amerika Kubokunun yarımfinal matçından sonra dava - VİDEO

Amerika Kubokunun yarımfinal matçında Kolumbiya millisinə minimal hesabla uduzan Uruqvay seçməsinin futbolçuları məğlubiyyətlə barışa bilmədikləri üçün azarkeşlərə hücum ediblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kolumbiyalı azarkeşlərin uruqvaylı futbolçuları təhqir etməsi və onların üzərinə su atması olub.

Bundan sonra əsəblərini cilovlaya bilməyən Uruqvay millisinin futbolçuları azarkeşlərə hücum çəkiblər.

Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında "Liverpul"un hücumçusu Darvin Nunyes və "Barselona"nın müdafiəçisi Ronald Arauxo da olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görüntülənib.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv