Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistana rəsmi səfər edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
O, səfəri çərçivəsində erməni həmkarı Suren Papikyan, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək.
Bununla yanaşı, tərəflər əməkdaşlıq planını imzalayacaq.