Bu küçədə təmir işləri davam etdirilir - VİDEO/FOTO

17:05 - 15 İyul 2024

Bu küçədə təmir işləri davam etdirilir - VİDEO/FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri,Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (“Qurd qapısı” dairəsindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək ) aparılır. 
 

Manset.az xəbər verir ki, sözügedən hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az