Bakıda 62 yaşlı qadını avtomobil vurdu - Sürücü hadisə yerindən qaçdı

09:05 - 19 İyul 2024

Bakıda 62 yaşlı qadını avtomobil vurdu - Sürücü hadisə yerindən qaçdı

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report.az-a istinadən xəbər verir ki, Sabunçu qəsəbəsində avtomobil yolu keçən 62 yaşlı Şəfaqət Abbasovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Yaralı bildirib ki, onu vuran avtomobil hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az