Aİ Şurası Ermənistana 10 milyon avro ayrılmasını təsdiqlədi

15:28 - 22 İyul 2024

Aİ Şurası Ermənistana 10 milyon avro ayrılmasını təsdiqlədi

Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro həcmində yardım ayrılması təsdiqlənib. 


Manset.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb. 

Bildirilir ki, vəsaitin ayrılmasında məqsəd Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialının artırılması, mülki əhalinin böhran və fövqəladə vəziyyətlərdə müdafiəsinin yaxşılaşdırılmasına yardım etməkdir. 

Bununla yanaşı, Avropa İttifaqı Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması barədə dialoqa başlamaq barədə qərar qəbul edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az