"ABŞ dünyada rüsvay oldu" - Abdullah Güldən SƏRT reaksiya

15:48 - 25 İyul 2024

\"ABŞ dünyada rüsvay oldu\" - Abdullah Güldən SƏRT reaksiya

 ABŞ Konqresində Qəzza ilə müharibəsi davam edən İsrailin baş naziri Netanyahunun çıxışına Türkiyənin 11-ci prezidenti  Abdullah Gül sərt reaksiya verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Abdullah Gül  "X" hesabında paylaşım edərək Netanyahunun ABŞ Konqresinə müraciətini sərt sözlərlə tənqid edib.

"Bu gecə ABŞ Konqresində BCM prokurorunun həbs qərarı tələb etdiyi soyqırım cinayətkarının baş rolda oynadığı biabırçılıq sirkinə baxdıq. Amerika bir daha uşaq qatili naminə özünü bütün dünyanın gözü qarşısında rüsvay etdi", - Abdullah Gül yazıb.

 

 

Fidan Əliyeva 

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv