Türkiyədə azərbaycanlı iş adamı çayxanada güllələndi
9 Oktyabr 2024
18:00 - 29 İyul 2024
"Eurosport" britaniyalı şərhçi Bob Ballardı üzgüçülük yarışı zamanı seksist ifadələr işlətdiyi üçün Paris Olimpiadasından uzaqlaşdırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ballard şənbə günü Avstraliyanın 4x100 m sərbəst estafet yarışında qələbə qazandıqdan sonra deyib:
"Qadınlar yenicə yarışı bitirdilər. Qadınların necə olduğunu bilirsiniz: işsiz-gücsüz gəzirlər, makiyaj edirlər".
Ballardla efirdə olan şərhçi Lizzi Simmondsu bu sözlər həddən artıq hiddətləndirib.
"Dünən axşam "Eurosport"un yayımı zamanı şərhçi Bob Ballard nalayiq şərh verib. Nəticədə o, dərhal şərhçilər siyahısından çıxarılıb", - deyə qurumun açıqlamasında bildirilib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin