ABŞ Azərbaycan və Ermənistan arasında sülh üçün səylərini davam etdirəcək

23:14 - 29 İyul 2024

ABŞ Azərbaycan və Ermənistan arasında sülh üçün səylərini davam etdirəcək

ABŞ Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib.

"Həm dövlət katibi, həm də Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün çalışmağa davam edirlər, lakin mənim heç bir konkret xəbərim yoxdur. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik", - deyə o bildirib.

ABŞ-ın Bakıdakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün regiona tez-tez səfər edir.

"Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etmək üçün fəaliyyətini davam edirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik. Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamağın vaxtı çatıb", - deyə səfirlikdən bildirilib.


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin