Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin rəisi işdən azad olunub.
Manset.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov əmr imzalayıb.
Əmrə əsasən, Gənclər və İdman idarəsinin rəisi Tahir Məmmədli öz ərizəsi əsasında işdən azad edilib.
O, işini başqa nazirlikdə davam etdirəcək.