"Qalatasaray" müdafiəçisini Belçika klubuna SATDI

15:30 - 30 İyul 2024

\"Qalatasaray\" müdafiəçisini Belçika klubuna SATDI

"Qalatasaray" komandanın müdafiəçisi Emin Bayramı Belçikanın "Vesterlo" klubuna satıb.

 

Manset.az xarici mediaya istinadən xəbərinə görə, bu barədə nəşrin idman şərhçisi Burhan Can Terzi məlumat verib.

Terzinin sözlərinə görə, "Qalatasaray" bu transfer müqabilində "Vesterlo"dan 4 milyon avro transfer haqqı alacaq və növbəti satışda qazancın 50%-i "sarı-qırmızıların" kassasına daxil olacaq.

Qeyd edək ki, Emin Bayramın transferi əvvəllər də gündəmə gəlmiş, lakin azarkeşlərin reaksiyasından sonra futbolçunun komandada qalacağına qərar verilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az