Dortmund "Borussiya"sı "Brayton"un yarımmüdafiəçisi Paskal Qrossun transferi ilə bağlı İngiltərə klubu ilə razılığa gəlib.
Manset.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər 2+1 sxemi üzrə müqavilə imzalayacaqlar. Transfer məbləği bonuslar nəzərə alınmadan 7 milyon avro olacaq.
Qross tezliklə tibbi müayinədən keçəcək və problem olmazsa, münasibətlər rəsmiləşdiriləcək.
Alman futbolçu 2017-ci ildən "Brighton"da çıxış edir. 33 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 5 qol vurub və 13 məhsuldar ötürmə edib.
Fidan Əliyeva
Manşet.az