Dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922–1984) “Min bir gecə” baleti dünya səhnələrini fəth etməkdə davam edir.
Manset.az xəbər verir ki, Sankt-Peterburqdakı Mariinski Teatrı Primorski səhnəsinin (Vladivostok) balet truppası ilk dəfə Çin Xalq Respublikasının paytaxtı Pekində çıxış edəcək. 23-25 avqust tarixlərində gerçəkləşəcək qastrol səfərində truppanın bədii rəhbəri, həmyerlimiz, Rusiyanın Əməkdar artisti Eldar Əliyevin yeni quruluşunda “Min bir gecə” baletinin tamaşası nümayiş olunacaq.
Çinli balet həvəskarları tamaşaları Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyəcəklər.
Mariinski Teatrı Primorski səhnəsinin yaradıcı heyəti yeni açılmış, müasir memarlığın şah əsərlərindən sayılan Pekin İncəsənət Mərkəzinin səhnəsində belə irimiqyaslı balet tamaşası təqdim edən ilk truppa olacaq.
Tamaşanı Azərbaycan Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edəcək. Tamaşada xor və Mariinski Teatrının Primorski səhnəsi opera truppasının solistləri Anastasiya Kikot və Samirə Qalimova, tarda solistlər – Azərbaycan Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış edəcəklər.
Əsas rolları Mariinski Teatrı Primorski səhnəsinin prima balerinaları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, premyeralarda Sergey Umanets və Viktor Mulıgin, solistlər Yuri Zinnurov, Saki Nişida, Lada Sartakova, Aleksandra Şalimova, Şizuru Kato ifa edəcəklər. Bundan əlavə, avqustun 25-də oynanılacaq tamaşada Şəhriyar rolunu Sankt-Peterburq Mariinski Teatrının aparıcı solisti Azərbaycan Əməkdar artisti Timur Əsgərov canlandıracaq.
Qeyd edək ki, “Min bir gecə” baleti Mariinski Teatrının Primorski səhnəsi truppasının ən parlaq tamaşalarından biridir və geniş qastrol coğrafiyasına malikdir.
Xoreoqraf Eldar Əliyev qarşıdakı qastrol səfəri haqqında deyib: “Min bir gecə” baletinin Pekin ictimaiyyəti tərəfindən rənglərin zənginliyini və misilsiz mədəniyyətinin koloriti əks etdirən irimiqyaslı tamaşa kimi qəbul edilməsi bizim üçün çox vacibdir. Baletin xoreoqrafiyasını quranda mümkün qədər həm ədəbi materiala, həm də müəllifin musiqisinə uyğun olmasına çalışmışam. Ona görə də, ümid edirəm ki, bütün tamaşalar uğurlu olacaq”.
Fikrət Əmirovun məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda, Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. “Mən istəyirəm ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin”, deyən bəstəkar Şərq melodiyalarını klassik Avropa formaları ilə uğurlu şəkildə sintez edib.
Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.
Baletin musiqisində süjetə uyğun olaraq Yaxın Şərqin əzəməti canlanır. Bəstəkar Azərbaycanın milli aləti tarı orkestrə daxil edib və zərb alətlərinin bütün arsenalının (bonqolar, tam-tam, ksilofon, vibrafon, nağara, zəng, timpani, sinc və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini dolğunluqla tamaşaçıya çatdırmağa nail olub.
“Min bir gecə” baleti Pekində ilk dəfə təqdim olunacaq - FOTOLAR
17:10 - 31 İyul 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
09 Mart 2026 - 16:58
Azərbaycanın məşhur Əməkdar artistinə ağır itki - FOTO
09 Mart 2026 - 16:20
Türkiyənin bu şəhəri ilə bağlı XƏBƏRDARLIQ - "Dərhal tərk edin"
09 Mart 2026 - 16:08
İran Türkiyəyə ballistik raket atdı
10 Mart 2026 - 00:29
Pezeşkian və Ərdoğan arasında kritik telefon danışığı - Tehran təkzib, Ankara xəbərdarlıq etdi
10 Mart 2026 - 14:00
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
09 Mart 2026 - 17:29
Yeni Ali Liderin seçilməsini qeyd edərkən raket atıldı - VİDEO
09 Mart 2026 - 15:14
Türkiyədəki güclü zəlzələ kameralara belə düşdü - VİDEO
09 Mart 2026 - 16:02
İranın yeni Ali Lideri ilk dəfə xalqa müraciət etdi - VİDEO
10 Mart 2026 - 12:02
NATO Türkiyəyə hava hücumlarından müdafiə sistemləri yerləşdirir
09 Mart 2026 - 21:59
Gəncədə qəzada yaralananların sayı 7-yə çatdı - YENİLƏNİB
09 Mart 2026 - 16:42
Məhv edilən həmin raketin görüntüləri - FOTO / VİDEO
09 Mart 2026 - 23:57
Tehranda yaşayış binaları vuruldu - Ölənlər var
Xəbər xətti
- 10 Mart 2026
- 14:55 Dələduzluq edən qadın "məmur" tutuldu - VİDEO
- 14:37 Müharibədə yeni istiqamət - Hədəf ölkə dəyişdi
- 14:28 Hakan Fidan Araqçi ilə danışdı
- 14:24 Premium təmirli mənzillər və müasir infrastruktur “City Garden Narimanov”da
- 14:23 İrandan atəşkəs AÇIQLAMASI
- 14:18 Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanıldı
- 14:12 16 yaşlı oğlan həmyaşıdını öldürdü
- 14:11 Nazir Ülviyyə Axundovaya yüksək vəzifə verdi
- 14:06 Netanyahudan İrana hücumlara davam edəcəyik MESAJI
- 14:00 Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
- 13:42 Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarıldı
- 13:27 Pensiya alanlara ŞAD XƏBƏR
- 13:00 Sabah hava necə olacaq?
- 12:54 İmtahan sualları çətin olub? - DİM-dən açıqlama
- 12:50 Vüqar Rəhimzadə Culfada seçiciləri ilə görüşdü - FOTOLAR
- 12:47 "VEİS-in əsas məqsədi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir"
- 12:39 Bəylər Əyyubovun yubileyidir
- 12:36 Bu şəxslərin maaşı 1380 manatı keçdi - RƏSMİ açıqlandı
- 12:32 İlham Əliyev bu qanunlarda dəyişiklik etdi
- 12:25 Prezident Naxçıvanla bağlı sənədi TƏSDİQLƏDİ
- 12:19 Vüsal Nəsirli vətəndaşlarla görüşəcək
- 12:02 NATO Türkiyəyə hava hücumlarından müdafiə sistemləri yerləşdirir
- 11:38 Şəmkirdə maşından meyit tapıldı
- 11:15 Əbu-Dabi və Dubayda qalmış 195 Azərbaycan vətəndaşı təxliyə edilir
- 11:10 Dövlətin kibersuverenliyi ilə bağlı respublika konfransı keçirildi - FOTOLAR
- 10:51 Bakıda ara məsafəsini qorumayan sürücülərin törətdiyi qəzalar - VİDEO
- 10:35 200 vətəndaşımız Yaxın Şərqdən təxliyə olunur
- 10:25 Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
- 10:14 Gözlənilən qarşılaşma - "Qalatasaray" "Liverpul"a qarşı
- 10:09 Cinayətdə şübhəli bilinən 38 nəfər saxlanıldı
- 09:50 Neftimizin qiymətində rekord ARTIM
- 09:33 Prezident tapşırıq verdi - İrana humanitar yardım göndərildi
- 09:15 ABŞ İranda 5 mindən çox hədəfə zərbə endirdi
- 09:05 "İran ABŞ ilə yeni danışıqları nəzərdən keçirmir"
- 08:57 Paytaxtın bu küçələrində sıxlıq var
- 08:30 Üzü duzlu su ilə yumaq dərini cavanlaşdırır?
- 08:00 Gündə 20 dəqiqəlik gəzintinin faydaları
- 07:30 Uşağı gündə azı 8 dəfə qucaqlamaq lazımdır - SƏBƏB
- 04:20 "Biz davam edən münaqişədə iştirak etmirik" - Makron
- 03:10 "İranın yeni lideri barışçıl olmalıdır" - Tramp
- 02:08 SON DƏQİQƏ: "Əgər İran Hörmüz boğazını açmasa, sərt vuracağıq"
- 01:30 "Atletiko" onu transfer etməyə tələsmir
- 00:45 Qazaxda evdən kişi meyiti tapıldı
- 00:29 Pezeşkian və Ərdoğan arasında kritik telefon danışığı - Tehran təkzib, Ankara xəbərdarlıq etdi
- 00:02 Bu gün Yel çərşənbəsidir
- 09 Mart 2026
- 23:57 Tehranda yaşayış binaları vuruldu - Ölənlər var
- 23:40 Putin Trampla telefonla danışdı
- 23:28 20-ci günün duası - İmsak və iftar vaxtı
- 23:11 Paşinyan Fransaya getdi
- 22:52 "Neftçi" "Turan Tovuz"a məğlub oldu
- 22:31 Çərəz bazarında bahalaşma və durğunluq var - VİDEO