Azərbaycan Paris-2024-də ikinci qızıl medalı qazandı - YENİLƏNİB

20:01 - 1 Avqust 2024

Azərbaycan Paris-2024-də ikinci qızıl medalı qazandı - YENİLƏNİB

Azərbaycan Fransada keçirilən Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev finalda Gürcüstan idmançısı İlya Sulamenizdeni məğlub edərək Olimpiya çempionu adını qazanıb.

Bununla, Azərbaycan Olimpiya komandası hesabına ikinci qızıl medalı yazdırıb.

Bundan əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.

***

18:43

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Manset.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.

Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.


Xəbər xətti

12 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin