Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmazla Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev arasında Ankarada görüş keçirilib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya məsələsində məsləhətləşmələr aparılıb.