Paris-2024-də tennis üzrə kişilərin fərdi yarışlarında serbiyalı Novak Cokoviç olimpiya çempionu adını qazanıb.
Manset.az-ın məlumatına görə, finalda serbiyalı məşhur tennisçinin rəqibi ispaniyalı Karlos Alkaras olub.
"Böyük Dəbilqə" yarışlarının 24 qat qalibi və qələbə sayına görə rekordçusu olan N.Cokoviç rəqibini hər iki setdə 7:6 hesabı ilə məğlub edərək olimpiya çempionu olub.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.