Prezidentdən Hadrutun azad edilməsi ilə bağlı PAYLAŞIM
9 Oktyabr 2024
17:24 - 5 Avqust 2024
İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İsrailli nazir Ostini regionda təhlükəsizliklə bağlı vəziyyət, o cümlədən, İran və onun "peyk"lərindən gözlənilən potensial təhdidlərdən müdafiə etməyə hazır olması barədə məlumatlandırıb”, – məlumatda bildirilib.
O, həmçinin amerikalı həmkarına Vaşinqtonun sıx hərbi və strateji əməkdaşlıq çərçivəsində ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib:
“Bundan başqa, nazir Qalant İsraili və regionu müxtəlif hava hücumlarından qorumaq üçün müttəfiqlər və tərəfdaşlar koalisiyasının yaradılmasında ABŞ-nin liderliyinin vacibliyini vurğulayıb”.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin