"Çox vacib matça çıxacağıq" - "Qarabağ"ın baş məşqçisi

18:16 - 05 Avqust 2024

\"Çox vacib matça çıxacağıq\" - \"Qarabağ\"ın baş məşqçisi

"Sabah çox diqqətli olmalıyıq".

 

Manset.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis pley-off mərhələsində potensial rəqibləri olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu haqqında qısa danışıb: "İstənilən püşkatmaya normal yanaşmışam. Bu turnirdəki hər komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. İlk olaraq hazırkı rəqibi düşünürük. Sabahkı oyunda üstünlük bizi aldatmamalıdır. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Bizə favorit gözü ilə baxırlarsa belə, reaksiya verməli deyilik".

Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az