Yaponiyanın Hava Özünümüdafiə Qüvvələri (ASDF) Yapon dənizində (Şərq dənizi) "Global Hawk" pilotsuz kəşfiyyat təyyarəsinin radardan itdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ASDF tərəfindən verilən açıqlamada, yerli vaxtla saat 13:00 radələrində ölkənin qərbində yerləşən Tottori prefekturasının sahillərindən təxminən 50 kilometr aralıda uçuş həyata keçirən "Global Hawk" pilotsuz kəşfiyyat aparatı ilə əlaqənin kəsildiyi qeyd olunub.
Açıqlamada "Global Hawk" PUA-sının Yapon dənizi (Şərq dənizi) akvatoriyasında itkin düşdüyü vurğulanıb.