Yaponiya hökuməti sel fəlakəti nəticəsində ağır itkilərlə üzləşən Nepalə həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsinə dəstək məqsədilə 2 milyon dollar yardım göndərəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xarici işlər naziri Motegi Toşimitsu keçirdiyi mətbuat konfransında Nepalə yeni yardım göstəriləcəyini bildirib.
Nazirin sözlərinə görə, yardım DNT analizləri üçün avadanlıqların təmin edilməsinə və həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsinə sərf olunacaq. O, bu məqsədlə Nepalə mütəxəssislərdən ibarət qrupun göndəriləcəyini də qeyd edib.
Motegi deyib: “Uzunmüddətli dostumuz olan Nepalə mümkün qədər çox dəstək göstərməyə davam etməyi planlaşdırırıq.” O əlavə edib ki, Yaponiya əlavə təcili yardım ləvazimatlarının göndərilməsi üçün hazırlıq işləri aparır.
Yaponiya hökuməti ötən həftə Nepalə 3 milyon dollar həcmində təcili humanitar yardım göndərəcəyini açıqlamışdı. Bildirilmişdi ki, ərzaq, su və tibbi ləvazimatlardan ibarət yardım beynəlxalq təşkilatlar vasitəsilə Nepal əhalisinə çatdırılacaq.