Bu ölkədə həddindən artıq istilər can aldı - 14 ölü

16:20 - 6 Avqust 2024

Bu ölkədə həddindən artıq istilər can aldı - 14 ölü

 Cənubi Koreyada həddindən artıq istilər nəticəsində ölənlərin sayı 14-ə yüksəlib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq istilər nəticəsində günvurma səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayının 1690 nəfərə çatdığı bildirilib.

Bundan əlavə, iyunun 11-dən avqustun 5-dək ümumilikdə 303 min kənd təsərrüfatı heyvanının, o cümlədən 277 min ev quşunun, 13 min balığın tələf olduğu qeydə alınıb.

Qeyd edək ki, Koreya Meteorologiya İdarəsi (KMA) həddindən artıq istilərin ən azı avqustun 15-dək davam edəcəyini proqnozlaşdırıb.

 

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin