Aİ Ukraynaya 4.2 milyard avro ayrılmasını təsdiqlədi

17:55 - 6 Avqust 2024

Aİ Ukraynaya 4.2 milyard avro ayrılmasını təsdiqlədi

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya respublikanın dəstək fondundan təxminən 4.2 milyard avro məbləğində yardımın ayrılması ilə bağlı qurumun səfirlərinin əvvəlcədən razılaşdırdığı qərarı təsdiqləyib.

 

Manset.az xəbər verir ki, bu barədə Macarıstanın şuraya sədrliyi "X" səhifəsində məlumat verib.

Qeyd olunub ki, şura yazılı prosesi başa vurduqdan sonra pul vəsaitinin ilk dəfə avqustun 6-da köçürülməsinə qərar verib.

Həmçinin bildirilib ki, bu qərar Ukraynanın makromaliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləyir.

Xatırladaq ki, iyulun 24-də Aİ səfirləri Ukraynaya büdcə yardımı üçün 4.2 milyard avro ayrılması təşəbbüsünü təsdiqləyiblər. Bu pullar Ukraynaya hərbi yardıma, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, eləcə də artilleriya üçün mərmilərin alınmasına xərclənəcək.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin