Rumıniya Milli Futbol Komandasının yeni baş məşqçisi 79 yaşlı Mirça Luçesku olub .
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rumıniya Futbol Federasiyasından verilən açıqlamada rumıniyalı baş məqçi ilə 2026-cı ilə qədər müqavilə imzalandığı bildirilib. “Qalatasaray”, “Beşiktaş” və Türkiyə Milli Futbol Komandasında çıxış edən Mirça Luçesku son olaraq Ukraynanın “Dinamo Kiyev” komandasında çalışıb.
Fidan Əliyeva
Manşet.az