Rusiya Vladimir Putin Təhlükəsizlik Şurası ilə ölkəsində terrorla mübarizə ilə bağlı məsələləri müzakirə edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kreml Sarayından edilən yazılı açıqlamaya görə, Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib .
İclasda hökumət üzvləri, o cümlədən Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, müdafiə naziri Andrey Belousov, Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin iştirak edib.
Görüşdə terrorizmlə mübarizə ilə bağlı məsələlər müzakirə olunub. Bortnikov görüşdə terrorla mübarizədəki vəziyyət barədə məlumat verib.
Fidan Əliyeva
Manşet.az