Xəzərdən 2 nəfərin meyiti çıxarıldı

17:13 - 12 Avqust 2024

Xəzərdən 2 nəfərin meyiti çıxarıldı

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında 2 nəfər Xəzərdə batıb. 

 

Manset.az xəbər verir bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazidə batan şəxslərlə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az