Azərbaycanda növbəti peyvəndləmə başlayır
9 Sentyabr 2024
01:30 - 14 Avqust 2024
Bəzi tikinti materiallarının qiyməti minimum 2-3 manat artıb.
Satıcılar bildirirlər ki, qiymət artımı əsasən xaricdən gələn məhsullarda müşahidə olunur.
Bu tikinti məhsullarının qiymətini artması xüsusən də təmirli mənzillərin qiymətinə təsirsiz ötüşməyib.
Manset.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə deyib ki, tikinti materiallarında qiymət nə qədər artırsa, onun yarısı qədər də mənzilin qiyməti artmış olur.
Ekspert bildirib ki, məhsulun bahalaşmasına səbəb həm daşınma xərclərinin artması, həm də mövsümi olaraq tələbatın çoxalmasıdır.
Ekspertin fikrincə, daşınmalar zamanı çəkilən xərclərin qiyməti azalarsa, tikinti materiallarının qiyməti də düşə bilər. Bəzi yerli məhsulların qiymətinin artma səbəbi isə xam malın xaricdən alınmasıdır ki, bu da bir başa məhsulun qiymətinə təsir edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin