Bu tarixdən internetdən imtina edənlər cərimələnəcək
13 Sentyabr 2024
16:59 - 14 Avqust 2024
Rusiyanın Ukrayna sərhədində yerləşən Belqorod vilayətində mülki əhalinin müdafiəsi üçün fövqəladə vəziyyət elan edilib.
Manset.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada gecə ərzində Ukraynaya məxsus 117 pilotsuz uçuş aparatının (PUA) və 4 raketinin vurulduğu bildirilib. Belqorod qubernatoru Vyaçeslav Qladkov Ukraynanın artilleriya hücumlarının vəziyyəti "son dərəcə çətin və gərginləşdirdiyini", Ukraynanın hər gün həyata keçirdiyi hücumlarda evlərin dağıldığını, dinc əhalinin həyatını itirdiyini və yaralandığını bildirib.
Qladkov bildirib ki, onlar hökumət komissiyasından mülki əhalinin müdafiəsi üçün elan edilmiş fövqəladə vəziyyətin "federal" səviyyəyə qaldırılmasını xahiş ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin