Prezidentdən mühüm FƏRMAN
9 Oktyabr 2024
17:32 - 16 Avqust 2024
Ukraynaya külli miqdarda hərbi yardım edən Qərb ölkələrindən biri olan İngiltərə onun silahlarının Rusiya ərazisində istifadə edilməsinə yol açıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, Britaniyanın Ukrayna ordusunun Britaniya silahlarından istifadə etməsi ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur. Kurskdakı hücumları “özünümüdafiə haqqı” kimi gördüklərini əsas gətirən Britaniya rəsmisi Rusiya daxilində əməliyyatların təşkilini istisna etmədiklərini və tank əleyhinə raketlər, artilleriya sistemləri, zirehli maşınlar və digər silahların Kursk ərazisinə aparılacağını qeyd edib.
Rəsmi həmçinin vurğulayıb ki, onlar "Storm Shadow" qanadlı raketlərinin yalnız Ukraynanın "beynəlxalq qəbul edilmiş sərhədləri" daxilində istifadəsinə icazə veriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin