Növbəti 3 gündə bölgələrdə güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ
10 Oktyabr 2024
15:02 - 17 Avqust 2024
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası növbəti unikal sənət nümunəsi ilə zənginləşib.
Manset.az xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan, “İşıq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü, kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib. O, vətənindən ayrı düşən 199 yaşlı bu nəfis əsərin doğma yurdunda - muzeyin Şuşa filialında sərgilənməsinin ən böyük arzularından olduğunu deyən kolleksiyaçı istəyini reallaşdıra bildiyi üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova nəcib təşəbbüsünə, nadir sənətkarlıq nümunəsini təmənnasız olaraq muzeyə bağışladığına görə Hocat Abasiyə dərin təşəkkürünü bildirib. Deyib ki, maraqlı kompozisiyası, rəng harmoniyası və ornamentlərinin zənginliyi ilə seçilən “Açma-yumma” xalçası muzeyin Şuşa filialının ekspozisiyasında öz yerini tutacaq.
Qeyd edək ki, xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin