İraq İngiltərəyə nota göndərdi

10:29 - 19 Avqust 2024

İraq İngiltərəyə nota göndərdi

İraq Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin müvəqqəti işlər vəkilinə nota göndərib.

 

Manset.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi rəsmi açıqlama verib. 

Məlumata görə, buna səbəb Böyük Britaniyanın Bağdaddakı səfiri Stiven Hitçenin “ölkədə sabitlik yoxdur və dövlət zəifdir” deməsi olub.

Böyük Britaniyanın İraqdakı səfiri Stephen Hitchen 15 avqust 2024-cü ildə yayımlanan Bestoon Talk şousunda Rudaw-a danışır. Foto: Rudaw

Böyük Britaniya səfiri Hitçen qatıldığı proqramda İraqda işləmək istəyən ingilis şirkətlərinin qarşılaşdığı problemlərdən birinin “nəzarətsiz silahlar” olduğunu ifadə edərək: "İraq dövlətinin daxilində yaşanan problemlər  hər hansı bir təhlükəsizlik xaosuna səbəb olur. Bu, regionun və hətta Avropanın sabitliyinin pozulmasına gətirib çıxara bilər, biz İraq xalqının həyat səviyyəsini yaxşılaşdıra biləcək güclü İraq dövləti görmək istəyirik, lakin bu dövlət hazırda güclü deyil və biz buradakı xaotik şəraitdən qətiyyən razı deyilik", - deyə bildirib.

Qeyd edək ki, İraq və Böyük Britaniya güclü əlaqələrə malikdir. İki ölkə arasında 2021-ci ildə iqtisadiyyat, təhsil, hərbi və təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın artırılmasına yönəlmiş strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

 

Fidan Əliyeva

Manşet.az
 

 


Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin