Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verdi
13 Oktyabr 2024
12:55 - 20 Avqust 2024
Rusiya prezidenti Vladimir Putin “V Kontakt” və Telegram sosial şəbəkələrinin yaradıcısı Pavel Durovla Azərbaycanda görüşməkdən imtina edib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın telegram kanalları məlumat yayıblar.
Qeyd olunub ki, Putinin Bakıya səfərindən bir neçə gün əvvəl Prezident Administrasiyasının əməkdaşları ona Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib. İmtina səbəbi və görüşün nəzərdə tutulan mövzusu naməlumdur.
Bildirilir ki, Rusiya prezidenti və Telegram-ın yaradıcısı eyni vaxtda Bakıda olublar. Artıq Putin Rusiyaya qayıdıb.
Qeyd edək ki, Pavel Durov proqramist, iş adamı və milyarderdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin