Vüqar Babakişiyev yüksək vəzifəyə təyin edildi

12:35 - 21 Avqust 2024

Vüqar Babakişiyev yüksək vəzifəyə təyin edildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Vüqar Babakişiyev təyinat alıb.

O, uzun illər sığorta sektorunda çalışıb və institutun rəhbərliyində Səbuhi Bəşirovu əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az