"Hesab edirəm ki, 1 sentyabr Növbədənkənar Parlament seçkilərindən sonra Azərbaycan Parlamentində müəyyən qədər yeni simalar olacaq. Ötən Parlamentdə kimlərin fəaliyyətindən razı qalıb-qalmamaq məsələsinə gəldikdə ilk növbədə həmin millət vəkillərini seçən seçicilərdən soruşmaq daha yaxşı olardı ki, seçdiyiniz millət vəkilləri sizin sosial-iqtisadi və digər problemlərinizin həllində yardımçı ola bildilərmi? Sizin mövcud problemlərinizi parlament kürsüsündən aidiyyatı orqanlara çatdırma imkanları ola bildimi?"
Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış jurnalist, "Vətəninfo.az" informasiya portalının baş redaktoru Nahid Canbaxışlı deyib.
Baş redaktor bildirib ki, 125 deputatın içərisində 10-15-i var ki, onlar yenidən seçilsələr daha yaxşı olar:
"Mən düşünürəm ki, Azərbaycanda 44 günlük Vətən Müharibəsindən sonra əldə olunan qələbələr bütövlükdə Azərbaycan cəmiyyətinin həm regional, eyni zamanda beynəlxalq aləmdə nüfuzunun artması birbaşa Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qələbəsidir. Azərbaycan Parlamentinin bu qələbədə hansısa payını və rolunu deyə bilmərik. Parlamentarilərin fəaliyyətinə gəldikdə isə onu deyə bilərik ki, bir çox millət vəkilinin öz seçiciləri ilə işləmə prinsipini yüksək qiymətləndirirəm. Həmin millət vəkilləri yenidən seçilmə imkanına, hüququna malikdirlər və seçilsələr daha yaxşı olar. Adbaad qeyd etdiyim deputatların adını çəkib hansısa şkalayla qiymətləndirmək niyyətində də deyiləm. Amma 125 millət vəkili içərisində bunun 5-6 və yaxud bir az da dərinə gedib müəyyən qədər araşdırsaq, 10-15 deputata çatar-çatmaz. O ki, qaldı ümumi məsələlərlə bağlı müzakirələrdəki fikirlərə... Əlbəttə ki, bir çox millət vəkilinin həm komitələrin iclasında, həm də Parlamentin cari məsələlərə ayırdığı vaxtda müəyyən qədər çıxışları olub. Bu da ictimaiyyətə işləməyə xatir olub. Yəni görsünlər ki, biz doğrudan da Parlamentdə susqun millət vəkilləri sırasında deyilik".
Baş redaktor konkret adlar da çəkib:
"Mənim üçün Malik Həsənovun, Ziyad Səmədzadə kimi yaşlı deputatların yenidən namizəd olması və deputat seçilməsi çox maraqsızdır. Onlar yenidən seçilib nə edəcəklər? 84 yaşlı Ziyad Səmədzadə nə iş görə bilər? Malik Həsənov seçilib nə edəcək? Əgər Cəlilabadda normal seçki keçirilsə, Malik Həsənov ən az səs toplayan namizəd olar. Öz dostlarından başqa ona səs verən olmayacaq".
N. Canbaxışlı hesab edir ki, qarşıdakı illərdə yaşlı və ayağı yer tutmayan deputatlar parlamentdə təmsil olunmayacaq:
"Düşünürəm ki, qarşıdakı illərdə ölkədə referendum keçiriləcək və Azərbaycan Konstitusiyasında vacib və əhəmiyyətli dəyişikliklər olacaq. Yəqin ki, Azərbaycan Parlamentində deputat sayı da artırılacaq. Biz bu saydan sonra növbəti seçkilərdə yeni seçki və simalar görərik. Güman edirəm ki, ayağının birini aparıb, digərini yadından çıxaran insanlar Parlamentdə olmazlar. Çünki onların son seçkisi idi.
Bilirsiniz, Azərbaycan Parlamentində o qədər qəribə hadisələr baş verir ki, bunu görməməzlikdən gəlmək düzgün deyil. Mən çox istəyərdim ki, siz sualı daha çox bu yöndə qoyasınız ki, niyə və hansı səbəbdən hakim partiya bu parlament seçkilərində öz namizədlərinin Azərbaycan mediasında təbliğatına qadağa qoyur? Mən sizə Azərbaycan Parlamentinin fəaliyyətini yaxından izləyən biri kimi səmimi deyirəm ki, Parlamentin sədri Sahibə Qafarova çox gözəl, mədəni və əxlaqi şəkildə Milli Məclisi idarə edib. Ayrı-seçkilik etməyib, müxalifətə biganə yanaşmayıb. Bitərəf mövqe sərgiləyərək qarşıdurma yaratmadan Parlamentin idarə olunmasını həyata keçirib. Mən Sahibə xanımın bu cür yüksək intellektual keyfiyyətə malik bir xanım olduğuna görə ona təşəkkür edirəm ki, digər ölkələrin parlamentlərindən fərqli olaraq Azərbaycan Parlamentində hansısa özbaşınalıqlar baş verməyib. Bu baxımdan, bəlkə də yeganə olaraq həm Sahibə xanımın, eyni zamanda müxalif siyasi düşərgədən Tahir Kərimlinin, Fazil Mustafanın, Qüdrət Həsənquliyevin, YAP-dan isə Siyavuş Novruzovun fəaliyyətini yüksək qiymətləndirmək olar. Siyavuş bəy hakim siyasi partiyanın üzvüdür. Millət vəkili olaraq haqları tapdalanan insanların hüquqlarının müdafiəsi istiqamətində çox ciddi çıxışları olub".
“125 deputatdan sadəcə 10-15-i…” - Baş redaktor sərt danışdı
15:17 - 21 Avqust 2024

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Azərbaycan-Qazaxıstan münasibətləri - Strateji tərəfdaşlıqdan regional inteqrasiyaya doğru

6 azərbaycanlı Suriyadan ölkəmizə gətirildi

DİN-ə yeni səlahiyyət verildi

“Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb” - Kamaləddin Qafarov

İlham Əliyev Orbanı təbrik etdi

Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdülər

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edildi - FOTO

Estoniyanın xarici işlər naziri Zəfər parkında - Fotolar

"İlham Əliyev və Tokayev arasındakı görüş tarixi əhəmiyyət daşıyır" - Göydəniz Qəhrəmanov

“İşinizdən razıyam, göstərişlərimi layiqincə yerinə yetirirsiniz” - İlham Əliyev

Prezident Eyyubova “İstiqlal” ordenini təqdim etdi - FOTOLAR
Xəbər xətti
- 23 Oktyabr 2025
- 17:25 Büdcədən televiziyalara ayrılan pulun məbləği AZALIR
- 17:17 "Hər kəsə kömək etməyə çalışmaq insanı tükəndirir” – Psixiatrdan XƏBƏRDARLIQ
- 17:08 "Bu qərar dövlətin media sektoruna göstərdiyi diqqətin bariz göstəricisidir" - Hacıbəy Heydərli
- 17:00 "Fənərbaxça" bu axşam öz meydanında nə edəcək?
- 16:55 Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - QEYDİYYAT BAŞLADI
- 16:45 Bu avtobuslarda gediş haqqı artırılacaq - Tarix açıqlandı
- 16:30 Türkiyənin məşhur aktrisası vəfat etdi - FOTO
- 16:30 Bu şəxslərin təhsil güzəştləri gələn il də qüvvədə qalacaq - SİYAHI
- 16:22 Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq
- 16:18 Tüfənglə universitetə girib qan tökdü
- 16:09 Azərbaycana gətirilən telefonlara bu qədər vergi tətbiq ediləcək
- 16:07 44 günə yazılan şanlı tarix - Müzəffər qələbə
- 16:05 O, Trampı "yalançı elçi" adlandırdı
- 16:00 Elektrik mühərrikli avtomobil almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
- 15:55 Maaşdan DSMF-yə ödədiyimiz pul dəyişməyəcək
- 15:48 "Park Yasamal"da müasir fasad texnologiyası tətbiq olunur - "Kristal!"
- 15:42 Azərbaycan-Qazaxıstan münasibətləri - Strateji tərəfdaşlıqdan regional inteqrasiyaya doğru
- 15:21 AMEA-nın həqiqi və müxbir üzvlərinə seçkilər nə vaxt keçiriləcək? - İsa Həbibbəyli AÇIQLADI
- 15:08 Media subyektləri daha 3 il vergidən azad olundular
- 15:00 Azərbaycanda alimentin minimum məbləği ARTIRILIR
- 14:50 "Qalatasaray"ın məşhur ulduzu bu oyunları qaçıracaq
- 14:37 Azərbaycanlılar Ermənistanda: “İrəvanda gəzmək maraqlı idi” – FOTO
- 14:30 3 qardaş faciəvi şəkildə öldü - Dəhşətli qəza
- 14:10 "İnsanların arasına çıxıb gəzdik, muzeyi ziyarət etdik" - İrəvana gedən jurnalist
- 14:05 ADY-dən məsuliyyətsizlik - Yol bağlandı, körpə öldü
- 13:59 Mingeçevirdə kanalda 1 nəfər batdı - Meyiti tapıldı
- 13:55 6 azərbaycanlı Suriyadan ölkəmizə gətirildi
- 13:42 Onlar üçün yaşayış minimumu bu qədər olacaq
- 13:37 "ProSport" Gimnastika Klubu 11-ci "Autumn Miracle 2025" Yarışını uğurla keçirdi
- 13:25 Luvr Muzeyindən edilən oğurluğun görüntüləri yayıldı
- 13:10 3 nəfər küçənin ortasında öldürüldü - İstanbulda DƏHŞƏT
- 13:00 DİN-ə yeni səlahiyyət verildi
- 12:59 Sabah hava necə olacaq?
- 12:50 Elm və Təhsil Nazirliyinin mətbu orqanı borca düşüb
- 12:31 Gələn ay bu tarixlərdə İŞ OLMAYACAQ
- 12:16 Məktəb direktoru işdən ÇIXARILDI
- 12:01 Meksika səfiri ADU-nun tələbələri ilə görüşdü - FOTOLAR
- 11:45 Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - AÇIQLAMA
- 11:27 “Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb” - Kamaləddin Qafarov
- 11:19 Bakıda bu binalar söküləcək - Böyük vəsait ayrıldı
- 11:08 İlham Əliyev Orbanı təbrik etdi
- 11:05 DİN-dən sürücülərə MÜRACİƏT - VİDEO
- 10:55 Ünvanlı sosial yardımla bağlı ŞAD XƏBƏR
- 10:45 Sevgiliniz bir psixopatdır? - Bu hərəkəti onu ələ verir
- 10:41 Bakının bəzi ərazilərində qaz olmayacaq
- 10:31 Sosial ödənişlər bu tarixdə tam ödəniləcək
- 10:19 Neftimizin bu günə olan QİYMƏTİ
- 10:02 "Qarabağ"ın ulduzu Avropada tarixə düşdü
- 09:47 İcbari tibbi sığortada dəyişiklik - İşsizlər də gələn ildən ödəniş edəcəklər
- 09:37 Görüş ləğv edildi - Rusiya neftinə ağır SANKSİYA
- 09:25 Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi

