Fransanın İtaliya ilə sərhədində yerləşən Mont Blan dağına çıxan iki ispaniyalı alpinist 350 metr hündürlükdən yıxılaraq ölüb.
Manset.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Məlumata görə, Helikopterlə hadisə yerinə gələn axtarış-xilasetmə əməkdaşları "eniş zamanı qayanı kəndirləri ilə sınamaq istəyərkən" yıxılan iki alpinistin cəsədini aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.