Qəzza zolağında atəşkəslə bağlı cümə axşamı Qahirədə başlamalı olan danışıqların növbəti raundu gələn həftəyə təxirə salınıb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, buna səbəb tərəflərə yeni təklifləri müzakirə etmək üçün vaxt qazandırmaq olub.
ABŞ, Misir və Qətər yenidən danışıqlarda vasitəçi kimi çıxış edəcək. İsrail nümayəndə heyətinin də dialoqa qoşulacağı gözlənilir.
Həmçinin Fələstin qruplaşması "HƏMAS" görüşdə fiziki olaraq iştirak etməyəcək, lakin "HƏMAS"ın yüksək səviyyəli rəsmiləri uzaqdan iştirak edəcəklər.