Şuşa Dövlət Qoruğundan turistlərə müraciət - VİDEO

21:13 - 22 Avqust 2024

Şuşa Dövlət Qoruğundan turistlərə müraciət - VİDEO

Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi şəhəri ziyarət edən turistlərə müraciət ünvanlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.

Qeyd olunub ki, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərinə turist axını şəhərin çirkləndirilməsinə səbəb olub.

Dövlət Qoruğu bununla əlaqədar maarifləndirici video yayaraq "Şuşaya hər atılan zibil, onun qəlbini incitməyə bənzər! Mədəniyyət paytaxtımızın təmizliyinə riayət edin!" deyə qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az